“Qarabağ”ın rəqibində 4 yoluxma
20.11.2020 , 20:03

“Qarabağ”ı Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı 4-ə çatıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.Həmin futbolçuların adları açıqlanmayıb.
Avropa Liqasının qrup mərhələsinin növbəti turunda İstanbuldakı “Başakşəhər” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” oyunu noyabrın 26-da oynanılacaq.
