“Qarabağ”ın rəqibində 4 yeni müqavilə
12.11.2020 , 19:48

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” (İspaniya) 4 futbolçusu ilə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub Yeremi Pino və Fernando Nino ilə 2024-cü ilədək, Aleks Baena və Filip Yorgensenlə 2025-ci ilədək nəzərdə tutulan müqavilə imzalayıb.
“Qarabağ” “Vilyarreal”la ilk oyunda 1:3 hesabı ilə məğlub olub
