Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a rəqib olan “Sent-Etyen” ötən gün Fransa çempionatında “Olimpik”ə (Marsel) 1:2 hesabı ilə uduzub.
Korner.az-ın məlumatına görə, təmsilçimizlə oyunda Çumbinyonu zədələyən və 9 oyundur qol vura bilməyən Mevlut Ərdinç marsellilərlə görüşün 41-ci dəqiqəsində zədələnib.
Fasilədə əvəzlənən türk futbolçu həkim müayinəsindən keçib və onun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub. Bu isə Mevlutun Türkiyə yığmasının oktyabrın 10-da və 13-də keçirəcəyi matçlarda (müvafiq olaraq Çexiya və Latviya) forma geyinə bilməyəcəyi deməkdir.
Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” matçı noyabrın 27-də keçiriləcək.
