“Qarabağ”ın rəqibi səfərdə uduzdu
13.09.2021 , 11:32

Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” Kipr çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, Nikosiya təmsilçisi səfərdə Larnaka AEK-i ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Qeyd edək ki, “Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda olacaq.
