2011-ci ildə "Qəbələ"nin şərəfini qorumuş Liberiya əsilli holland futbolçu Con Kollins karyerasını Polşa çempionatında davam etdirəcək.
Korner.az-ın Polşa mətbuatına istinadən məlumatına görə bu xəbəri Kollins özünün "Tvitter" səhifəsində yazıb.
Futbolçu Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Pyast"la 2 illik müqaviləyə imza atıb.
Dünən Ağdam klubuyla oyunöncəsi mətbuat konfransında polyak həmkarlarımız "Pyast"ın çalışdırıcısı Marsin Broşdan bu məlumatın doğru olub-olmadığını soruşsalar da, baş məşqçi indiki halda yalnız "Qarabağ"la oyunu düşündüklərini və bu səbəbdən transferlərlə bağlı sualları cavablandırmayacağını bildirib.
Qeyd edək ki, 27 yaşlı Kollins "Qəbələ"dən ayrıldıqdan sonra İranın "Mis Sarçeşmə" (2011-2012) və İngiltərənin "Barnet" (2012-2013) klublarının formasını geyinmişdi.
