Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın rəqibi olan “Dnepr” də bu turnirdə növbəti matçına çıxıb.
Dnepropetrovsk təmsilçisi bu mərhələdəki rəqibi “Volın”la ilk oyununu səfərdə keçirib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Qonaqlar 37-ci dəqiqədə təyin olunan penalti zamanı məğlub duruma düşüblər.
