“Qarabağ”ın rəqibi müəyyənləşir
19.06.2018 , 10:41

Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək.
Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.
Klublar artıq qruplara bölündüyündən “Qarabağ”ın 5 potensial rəqibi məlum olub. Ağdam klubu 2-ci təsnifat mərhələsi üçün “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo”dan (Kutaisi, Gürcüstan) biri ilə mübarizə aparacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
Səpələnmişlər
APOEL (Kipr)
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
TNS (Uels)
“Videoton” (Macarıstan)
Səpələnməmişlər
“Şkendiya” (Makedoniya)
“Düdelanj” (Lüksemburq)
“Olimpiya” (Sloveniya)
“Suduva” (Litva)
“Torpedo” (Kutaisi, Gürcüstan)
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.
