“Qarabağ”ın rəqibi müəyyənləşdi
20.08.2020 , 00:07

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın II təsnifatdakı rəqibi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, Moldovanın “Şerif” klubu olub.
Tiraspol təmsilçisi 1-ci təsnifat mərhələsində az öncə yekunlaşan görüşdə Lüksemburqun “Fola Eş” klubunu doğma meydanda 2:0 hesabıyla məğlub edərək buna nail olub.
Qarabağ” – “Şerif” matçı avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:00-da səslənəcək.
