“Qarabağ”ın rəqibi müəyyənləşdi
19.06.2018 , 14:18

Bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib. Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 2-cü təsnifat mərhələsi üçün Sloveniyanın “Olimpiy” klubu ilə mübarizə aparacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
I qrup
“Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan)
“Torpedo” (Kutaisi, Gürcüstan) – “Şerif” (Moldova)
“Şkendiya” (Makedoniya) – TNS (Uels)
“Suduva” (Litva) – APOEL (Kipr)
“Düdelanj” (Lüksemburq) – “Videoton” (Macarıstan)
