Avrokuboklar

“Qarabağ”ın rəqibi müəyyən oldu

17.08.2018 , 01:08

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.

 

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq, turnirlə vidalaşan “Qarabağ”ın da Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.

 

“Valyur” ilk oyunda Moldovada 0:1 hesabı ilə uduzduğu “Şerif”i İslandiyada qəbul edib. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə vurduğu qol sayəsində “Şerif” pley-offa adlayıb. Beləliklə, “Şerif” bu mərhələdə “Qarabağ”la qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

 

16 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu

 

“Valyur” (İslandiya) – “Şerif” (Moldova) – 2:1

Qollar: Pakur Siqurdsson, 40, Kristinn Halldorsson, 90 – Badibanqa, 68

İlk oyun – 0:1

Son yazılar

Yuxarı