“Qarabağ”ın rəqibi məlum oldu
19.06.2024 , 14:16

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.
Püşkatmada səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi 2-ci mərhələdə “Linkoln” (Cəbəllütariq) – “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ”ın ilk oyunu səfərdə olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul – 30/31 iyulda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul – 30/31 iyulda keçiriləcək.
