“Qarabağ”ın rəqibi məlum oldu
13.12.2021 , 17:45

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqibi məlum olub. Ağdam təmsilçisi Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Komanda ilk oyununu səfərdə keçirəcək.
Pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə fevralın 24-də oynanılacaq. Mərhələni keçən tərəf Konfrans Liqasının 1/8 finalına yüksələcək.
