“Qarabağ”ın rəqibi kubokda mərhələ adladı
21.12.2022 , 10:24

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Belçika Kubokunda növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, Heyn Vanhazebrukun rəhbərlik etdiyi kollektiv 1/8 final mərhələsində “Serkl Brügge” ilə qarşılaşıb. Matçda 2:0 hesablı qələbə qazanan “Gent” adını 1/4 finala yazdırıb.
Komandanın qollarını Kuypers və Fofana vurub.
“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
