“Qarabağ”ın Avropa Liqasının qrup turnirindəki rəqiblərindən olan Ukraynanın “Dnepr” klubunun kapitanı zədələnib.
Korner.az-ın məlumatına görə, Ruslan Rotan ən azı 3-4 həftəlik sıradan çıxıb.
Rota tibbi müayinədən keçib və topuğ bağlarında qırıq aşkar olunub. Amma futbolçunun sümükləri salamatdır. Amma onun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Beləliklə, Rotan Avro-2016-nın seçmə turnirinin ilk oyununda Ukrayna millisinə, Avropa Liqasının qrup mərhələsinin ilk oyununda isə “Dnepr”ə kömək edə bilməyəcək.
