“Qarabağ”ın rəqibi fransız futbolçu alır
13.08.2018 , 11:49

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi BATE heyətini gücləndirməyə hazırlaşır.
Borisov təmsilçisi “Neman” klubunun yarımmüdafiəçisi Erven Mukamı transfer etmək istəyir. Bir müddətdir Kamerun əsilli fransız futbolçuyla maraqlanan BATE-nin yaxın günlərdə qarşı tərəfə təklif göndərəcəyi bildirilib.
Qeyd edək ki, “Qarabağ”la BATE arasında cavab oyunu sabah “Borisov-Arena”da keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk oyunda belaruslular 1:0 hesablı qələbə qazanıblar.
