“Qarabağ”ın rəqibi darmadağın oldu
31.10.2023 , 12:39

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Molde” ötən gün Norveç çempionatında növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, komanda evdə “Tromse” ilə qarşılaşıb. Matç qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb- 1:4.
Qeyd edək ki, “Molde” hazırda 44 xalla 5-ci pillədə qərarlaşıb.
