Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək “Qarabağ”ın keçirəcəyi yoxlama görüşlərindəki rəqibi dəyişib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi iyunun 28-də Rusiyanın “Rostov” klubu ilə qarşılaşmalı idi.
Lakin oyun planında dəyişiklik edildiyi üçün “Qarabağ” iyunun 28-də 4 qat Rusiya çempionu “Zenit”lə yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, “Qarabağ”ın ilk rəqibi yerli “Vakker” klubu olacaq. Sözügedən qarşılaşma iyunun 25-də keçiriləcək.
