Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Rudar” klubu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Monteneqro təmsilçisinin əsas heyət üzvlərindən olan yaponiyalı Kohei Kato komandadan ayrılıb.
26 yaşlı futbolçu Polşanın “Podbeskidzi” klubuna transfer olub. Pleymeker yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Qarabağ”la “Rudar” arasında ilk qarşılaşma 15 iyul tarixində Bakıda baş tutacaq.
