Futbol üzrə Fransa çempionatında 11-ci turun qarşılaşmaları keçirilib.
Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ”ın rəqibi “Sent-Etyen” də növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda “Mets”lə qarşılaşıb. Oyun 1:0 hesabıyla “Sent-Etyen”in xeyrinə başa çatıb. Matçdakı yeganə qolu 74-cü dəqiqədə Qradel vurub.
