“Qarabağ”ın rəqibi braziliyalı futbolçu aldı
03.09.2024 , 10:00
“Çelsi”nin sabiq futbolçusu Villian karyerasını Yunanıstanda davam etdirəcək.
Korner.az-ın məlumatına görə, 36 yaşlı futbolçu “Qarabağ” Avropa Liqasındakı rəqibi “Olimpiakos”la anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Villian həmçinin “Arsenal” və “Fulhem” kimi klubların şərəfini qoruyub.