“Qarabağ”ın rəqibi baş məşqçisini istefaya göndərir
02.11.2018 , 10:26

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq” baş məşqçi Joze Pezeyrunu istefaya göndərməyə qərar verib. Bu barədə məlumatı Portuqaliya mətbuatı yayıb.
Komandanın Portuqaliya Liqa Kubokunda “Eştoril”ə məğlub olmasından (1:2) sonra rəhbərliyin məşqçi dəyişikliyinə getmək qərarına gəldiyi bildirilir. Pezeyrunun istefa qərarının tezliklə rəsmən açıqlanması gözlənilir. Baş məşqçi vəzifəsinə əsas namizədlərin bugünlərdə “Monako”dan qovulan Leonardo Jardim və Paulu Souza olduğu da iddia edilir.
Qeyd edək ki, “Sportinq” hazırda Portuqaliya çempionatında 8 oyuna 16 xalla 5-ci yeri tutur.
