Ölkəmizi Avropadakı yeganə təmsilçisi “Qarabağ”ın Avropa Liqasının III mərhələsindəki rəqibi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Hefle” (İsveç) – “Anortosis” (Kipr) cütünün birincilər olub.
Səfərdə rəqibinə 0:3 hesabı ilə uduzan “Hefle” bu gün öz meydanında inanılmazın öhdəsindən gələrək 4:0 hesablı qələbə qazanıb. Bununla da, İsveç təmsilçisi “Qarabağ”a rəqib olub.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində ilk oyununu avqustun 1-də evdə, cavab görüşünü isə bir həftə sonra səfərdə keçirəcək.
