Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş iki klub arasında transfer danışıqları başlayıb.
Korner.az-ın məlumatına görə, Milan “İnter”i Ukraynanın “Dnepr” klubunun aparıcı futbolçusu Yevgeni Konoplyankaya 12 milyon avro təklif edib.
İtanliya mətbuatı yazır ki, 25 yaşlı futbolçu müqaviləni qəbul etsə, qarşıdakı 4 ili Milanda keçirəcək. O burada keçirəcəyi hər mövsümə görə 3 milyon qazanacaq.
Qeyd edək ki, 17 yaşında ikən Azərbaycan millisinə təklif olunan, ancaq AFFA-nın onun rus mənşəli olmasını əsas gətirərək “yox” cavabı verdiyi söylənilən Konoplyankanın “Dnepr”lə müqaviləsi gələn ilin yayında bitəcək.
