“Qarabağ”ın rəqib komandası istefalarla “silkələnib”
26.09.2018 , 13:45

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın “Sportinq” klubunda 2 istefa gerçəkləşib
Yerli mətbuatın yaydığı xəbərə görə, klubun baş meneceri və kommunikasiya direktoru vəzifələrindən ayrılıb. Bu qərar klubun yeni prezidenti Frederiko Varandaş tərəfindən yeni heyətin formalaşdırması üçün verilib. Kluba mayda baş direktor təyin olunmuş Auquştu İnasiu Varandaşla görüşdən sonra postunu tərk etməyə razı olub. O, klubdan heç bir təzminat almayacağını bildirib.
Sentyabrın 8-də yeni prezident seçilən Varandaş kommunikasiya direktoru Nunu Sarayvanın da vəzifəsindən ayrılmasını istəyib. Portuqaliya klubu Sarayva ilə də qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
