“Qarabağ”ın qolkiperi Rusiya millisinə çağırıldı
01.03.2024 , 15:31

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.
Korner.az xəbər verir ki, o, yığmanın martın 14-də baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək.
Rusiya seçməsi martın 21-də Serbiya, 25-də isə Paraqvay ilə Moskvada yoldaşlıq oyunu keçirəcək.
