“Qarabağ”ın qış təlim-məşq toplanışı
03.01.2023 , 16:42
“Qarabağ” qış təlim-məşq toplanışı üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Korner.az xəbər verir ki, “Gloria Sports Arena”da məskunlaşacaq komandamız 3 yoldaşlıq oyunu keçirəcək.
Komandamız yanvarın 15-i “Poqon” (Polşa), yanvarın 18-i isə “Çukariçki” (Serbiya) və “Rakuv” (Polşa) klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.