“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Ağdam klubu həmişəki kimi Türkiyəyə yollanacaq.
Yanvarın 7-də qardaş ölkəyə üz tutacaq “Qarabağ” Antalyadakı “İC Santai” otelində məskunlaşacaq. 19 gün toplanış keçəcək komandanın baş məşqçisi Qurban Qurbanov yetirmələrini 4 yoxlama oyununda sınayacaq.
