“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşdi
08.12.2018 , 13:17

Azərbaycan çempionu “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib. Ağdam təmsilçisi gələn ilin yanvar ayının 6-da bir araya gələcək və Türkiyənin Antalya şəhərinə yollanacaq.
“Gloria Sport” otelində məskunlaşacaq komanda qonşu ölkədə 5 yoxlama oyunu keçirməyi planlaşdırır. “Qarabağ”ın yoxlama oyunları 12,16,19,23 və 26 yanvar tarixlərinə təsadüf edəcək . Rəqiblərin adına isə hələlik aydınlıq gəlməyib.
Qeyd edək ki, Azərbaycan klubları 19-20 dekbarda ölkə kubokunun ¼ final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Prmeyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.
