“Qarabağ”ın qapıçısı Qətərlə oyunu kənardan izlədi
20.11.2018 , 11:50

Futbol üzrə İslandiya yığması yoxlama oyunu keçirib.
“Qarabağ”ın qapıçısı Hannes Halldorssonun formasını geyindiyi bu komanda Qətər yığması ilə üz-üzə gəlib.
Belçikada baş tutan görüşdə qapılara 4 qol vurulsa da, qalib müyyənləşməyib – 2:2.
Halldorsson bu görüşün iştirakçısı olmayıb. Ağdam klubunun üzvü matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Yoldaşlıq oyunu
20 noyabr
İslandiya – Qətər – 2:2
Qollar: Əl-Şeb, 29 (avtoqol), Siqtorsson, 56 (pen.) – Haidos, 3, Xuki, 68
