Az qala hər transfer dövründə Fərhad Vəliyevin “Qarabağ”dan gedəcəyi ilə bağlı xəbərlər yayılır.
Korner.az-ın məlumatına görə, bunun əsas səbəbi isə qolkiperin əsas heyətin daimi üzvünə çevirilməməsidi.
Mövsümün əvvəlində 11 oyunda meydana çıxıb 90 dəqiqə oynayan millinin sabiq qapıçısı İbrahim Şehiçin gəlişindən sonra yenidən ehtiyat oyunçular skamyasının daimi üzvünə çevirilib. Təsadüfü deyil ki, o, sonuncu dəfə XXIII turda meydana çıxıb və ondan sonra rəsmi oyunlarda bir dəqiqə belə oynamayıb. Qurban Qurbanov Vəliyevə heç kubok matçlarında da şans verməyib.
Təbii ki, bu vəziyyət Fərhadı qane etmir. Meydanda olmaq istəyən qapıçının yenidən komandanı tərk etməsi gündəmə gələ bilər. Hərçənd “Qarabağ” ona yeni müqavilə təklif etmək və heyətdə saxlamaq niyyətindədi. Amma qolkiper hələlik yekun qərarını verməyib. Vəliyev “Qarabağ”da qalıb-qalmayacağı ilə bağlı qərarını alacağı təklifləri dəyərləndirdikdən sonra verəcək.