“Qarabağ”ın qapıçısı İslandiya yığmasına dəvət alıb
10.11.2018 , 18:12

“Qarabağ” klubunun qapıçısı Hannes Halldorsson yenidən İslandiya milli komandasına dəvət alıb.
Baş məşqçi Erik Hamren 25 nəfərlik heyətdə 34 yaşlı qolkiperə də yer verib. İslandiya yığması noyabrın 19-da Qətərlə yoldaşlıq görüşü keçirəcək. Oyun Belçikanın paytaxtı Brüsseldə olacaq.
