“Qarabağ”ın qapıçısı 90 dəqiqə oynadı
16.11.2018 , 09:48

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya millisində növbəti oyununu keçirib.
34 yaşlı qolkiper UEFA Millətlər Liqasının 5-ci turunda Belçika ilə matçda 90 dəqiqə meydanda olub. O, 65 və 81-ci dəqiqələrdə qapısından 2 qol buraxıb.
Qeyd edək ki, Belçika – İslandiya görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb
