“Qarabağ” Qəbələdə qalib gəldi
25.09.2023 , 20:58

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Son çempion “Qarabağ” burada “Qəbələ”nin qonağı olub. Görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
VII tur
25 sentyabr
19:00 Qəbələ – Qarabağ – 1:2
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu
