"Sıralarınız genişlənməlidi. Biz ən çox azarkeşi olan kluba çevrilməliyik. Çünki ən təmiz klub "Qarabağ"dı! Ən stabil klub bizimkidi".
Korner.az-ın məlumatına görə, “İmarət” fan-klubunun ilin sonuna həsr olunmuş mükafatlandırma tədbirində “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözəl bildirib.
T.Gözəl Premyer Liqa klublarının “Qarabağ”a qarşı xüsusi motivasiyayla oynadıqlarını da qeyd edib: “Bəzən Qurban müəllimlə oyundan əvvəl danışanda deyirəm ki, biz bu oyunda 4-5 qol vurmalıyıq. Qurban müəllim isə deyir ki, Tahir bəy, o komanda bizə qarşı fərqli oynayır, var güclərini qoyurlar meydanda. O gün də başqa klubda işləyən bir dostum mənə deyir ki, qarşıda çox güclü rəqiblə oyunumuz var –“Qarabağ”la oynayacağıq. Şükürlər olsun ki, biz komandanı bu səviyyəyə yüksəltmişik”.
