big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

“Qarabağ”ın praqmatikliyi və “Qəbələ” ilə “Kəpəz”in qaçmaqlığı – LAYİHƏ

30.12.2016 , 23:35

AFFA yanında Media Komitəsinin elan etdiyi layihə əsasında hazırladığımız əvvəlki yazılarda klublarda lisenziyalaşdırma işinin əhəmiyyəti, üstünlükləri, Azərbaycanda bu sahədəki mövcud durum və s. haqda yazmış, AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla müsahibəni diqqətinizə çatdırmışdıq ki, rəsmi mövqe də olsun. Ardınca klubların lisenziyalaşdırma menecerlərinə suallar ünvanlamışdıq ki, real mənzəni, yaşadıqları problemləri, təkliflərini birbaşa öz dillərindən eşidək. 
Layihə əsasında hazırladığımız əvvəlki yazılarda Topaz Premyer Liqasında (TPL) çıxış edən 5 klubla – “Zirə”, “İnter”, “Sumqayıt”, “Neftçi” və AZAL-ın, həmçinin Azərbaycan futbolu tarixində xüsusi çəkisi olan iki şəhərin – Şəmkir və Tovuzun Birinci diviziondakı təmsilçilərinin lisenziyalaşdırma prosesinə yanaşma tərzi, bu işi necə apardıqları, kimlərə həvalə etdikləri, proseslə bağlı fikir və təkliflərini diqqətinizə çatdırmışdıq. İlin və layihənin son yazısında isə TPL-in qalan 3 təmsilçisinin – “Qarabağ”, “Kəpəz” və “Qəbələ”nin lisenziyalaşdırma ilə bağlı mövqeyini işıqlandırmalı idik. Ancaq sualları göndərməyimizdən bir aydan çox vaxt keçməsinə baxmayaraq, sonuncu iki klubdan səs-soraq çıxmadı. Bu barədə bir qədər sonra… 
Beləliklə, hər üç kluba aşağıdakı ənənəvi suallarla müraciət etmişdik:
– Klubunuz lisenziyalaşdırma prosesinə ilk dəfə neçənci ildə (hansı mövsümdən) qoşulub? 
– Bu işlə məşğul olan meneceriniz kimdir (ali təhsili, ixtisasartırma kurslarında iştirakı, bu sahədəki təcrübəsi və s. məlumatlar)?
– İndiyədək lisenziyalaşdırma prosesində klubunuz sanksiya ilə üzləşibmi? Üzləşibsə, neçə dəfə üzləşib və hansı meyar üzrə tələbi yerinə yetirmədiyinizə görə?
– 2015-2016-cı illər mövsümü ilə müqayisədə 2016-2017-ci illər mövsümünün Premyer Liqada iştirak üzrə lisenziyalaşdırma prosesində meyarlar üzrə göstəricilərinizi artırmaq üçün nə kimi dəyişikliklər etdiniz?
– Klubunuzun hazırkı vəziyyəti hansı meyarın tələblərini ödəməkdə sizə çətinliklər yaradır? Mümkünsə, bəndlər üzrə qeyd edin.
– Sizcə, bu gün hansısa meyarlar üzrə əlavə və ya dəyişikliklərə ehtiyac varmı?
– Növbəti mövsüm hansı meyarlar üzrə göstəricilərinizi daha da yaxşılaşdırmağı planlaşdırırsınız?

“Qarabağ”ın uğurlarının Şahidi

Ağdamda ilk klubun yaradılması 1950-ci illərin əvvəllərinə təsadüf etsə də, ilk titulunu 1988-ci ildə qazanıb. Həmin il Azərbaycan çempionu olan klub 1989-cu ildə SSRİ çempionatının İkinci dəstəsinin 9-cu zonasında yarışıb. Ancaq 1990-cı ildə zona yarışlarında dəyişiklik edildiyindən komanda Azərbaycan çempionatının zona yarışlarında iştirak etmək məcburiyyətində qalıb. Müstəqilliyimizin bərpasından sonra isə klub ölkə çempionatlarının hamısında iştirak edib. “Qarabağ” Azərbaycan futbol tarixinə avrokuboklarda mərhələ keçən ilk klubumuz kimi də adını tarixə yazdırıb. 1999-cu ildə ölkə çempionatında 4-cü pilləni tutan komanda UEFA İntertoto kubokunda (bu turnir artıq keçirilmir) İsrail “Makkabi”sini səfərdə 2:1 hesabı ilə yenməklə “ev”dəki 1:1 hesabını əvvəlcədən kompensasiya etdiyindən növbəti mərhələyə çıxmış, amma burada Fransa “Monpelye”sinə böyük hesabla uduzmuşdu (0:3, 0:6). Ağdam təmsilçisi ölkə tarixinə avrokuboklarda iki mərhələ keçərək pley-off oyunu oynamış ilk Azərbaycan klubu kimi də yazdırıb. Komandanın daha bir uğuru isə ölkəmizi 9 dəfə Avropanın klub miqyaslı turnirlərdə təmsil etməsi, bu turnirlərdə ardıcıl 3 dəfə qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə Azərbaycan klubu olmasıdır. Bu uğurları sadalamaqda və tarixi yenidən xatırlamaqda məqsəd söhbətin hansı klubun lisenziyalaşdırmaya münasibətindən gedəcəyinə işarə vermək idi. İllərdir Avropa meydanlarına çıxan bir klubda lisenziyalaşdırma işlərinin yüksək səviyyədə həyata keçirilməsi birmənalı zərurətdir. Bir istisnanı nəzərə almasaq, “Qarabağ”ın bu sahədə ciddi problem yaşadığını demək olmaz… 

Ağdamlılar da Azərbaycanda 2004-cü ildə başladılan klubların lisenziyalaşdırılması prosesinin öncüllərindəndir. O, elə həmin ildən prosesin iştirakçısıdır. Onun lisenziya lisenziyalaşdırma meneceri də 2004-cü ildən bu yana Şahid Həsənovdur. Orta təhsillidir və AFFA-nın təşkil etdiyi kurslarda iştirak edərək sertifikat da alıb. Kluba lisenziyalaşdırma işinə görə bir dəfə cərimə kəsilib – qadınlardan ibarət komandası olmadığına görə. Şahid bəy deyir ki, meyarların hamısı önəmlidir və klub növbəti mövsüm üçün diqqətini hansısa konkret meyar üzrə göstəricilərini artırmağa yönəltməyəcək. Onun sözlərinə görə əsas çətinlik aşağı yaş qrupu üzrə komandalarla bağlıdır ki, burada da həmin komandaların oyunları üçün stadionların təşkilinə, oyunçuları ilə müqavilələrə xüsusi həssaslıqla yanaşılmalıdır. Və həmsöhbətimiz iddia edir ki, sənədlər qaydasında olsa, lisenziyalaşdırma 10-15 gündə tamamlanacaq bir prosesdir. Şahid bəy deyir ki, meyarlarda hər hansı dəyişiklik və ya düzəliş təklifi yoxdur: “AFFA-nın Lisenziyalaşdırma qrupu artıq bildiyi sənədləri mütəmadi olaraq siyahıdan çıxarır ki, bu da işin xeyrinədir”.

7 həftəyə 7 suala cavab yaza bilməyən “Qəbələ” rəsmisi

İnsafən, son illər Avropa meydanlarında boy göstərən, son iki ildə ardıcıl olaraq Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanan daha bir təmsilçimizin – “Qəbələ”nin lisenziyalaşdırma işində indiyədək hər hansı nöqsan aşkarlanmayıb. Ki, bu həm də klubun bu işlərdən məsul olan əməkdaşı Səfurə Mikayılovanın işinin müsbət nəticəsidir. Mikayılova istər AFFA-nın, istərsə də UEFA-nın lisenziyalaşdırma menecerləri üçün keçirdiyi seminarlarda ən aktiv iştirakçılardan olub, sertifikatlar alıb. Amma və lakin deyəsən Səfurə xanım mətbuatla ünsiyyəti heç sevmir. 

Xanım menecer noyabrın əvvəlindən kluba göndərdiyimiz sualları hər vəchlə dünənə qədər yubatdı. Yuxarıda verilən sualların AFFA ilə klub arasındakı məxfiliyi pozacağını dedi. Bütün inandırmaq cəhdlərimiz boşa çıxınca  AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovdan xahiş etdik ki, “Qəbələ”nin və suallarımızı cavablandırmayan digər klubun – “Kəpəz”in lisenziyalaşdırma ilə bağlı məlumatlarını (təbii ki, açıqlana biləcək məlumatları) əldə etməkdə köməklik göstərsin. Sağ olsun, Elçin bəy Gəncə klubunun bu prosesdə iştirakı haqda ilkin infomasiyaları göndərdi. Və ardınca yazdı ki, Səfurə xanımla danışıb, xanım suallarımızın bir qisminə cavabları hazırlayıb, qalan hissəsini isə günorta saat 4-dək bizim “e-mail”-ə göndərəcək. Açığı, cavabların göndəriləcəyinə inamımız az idi. Ancaq 7 suala 7 həftə ərzində cavab verməyən “Qəbələ” rəsmisinə “sonuncu şansı” verdik. Nəticə isə yekə bir sıfır. Səfurə xanım nəinki bizi, hətta AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovu da aldatdı. Və o yalan artıq 52 gündür iməkləyir, yeriyə bilmir. Ümid edirəm, Elçin bəy dünən ona yazdığımız “növbəti seminarlarda bu lisenziyalaşdırma menecerlərinə mətbuatla işləmək dərsi də keçin” təklifini növbəti seminarlarda dəyərləndirəcək…

Bu necə həmkarlıqdır?!

İndi isə “Kəpəz”lə yaşanan problem haqda. Dekabrın 14-də suallarımız artıq bu klubun mətbuat katibi Azad Mustafayevin əlində idi. Ertəsi gün cavabların hazırlanıb-hazırlanmadığını soruşduqda cavab aldıq ki, “indi lisenziyalaşdırma meneceri burda yoxdur, sualları sabah ünvanına çatdıracağam”. Dekabrın 24-də yenidən Azad bəylə danışırıq, sualların aqibətini öyrənmək istəyirik. Sualımıza sualla cavab alırıq: “Menecer sizə yazmayıb?”. Təbii ki, “yox” deyirik. Azad bəy söz verir ki, lisenziyalaşdırma meneceri ilə danışıb məsələni həll edəcək. 3 gün keçir, yenə səs-soraq çıxmır. Yenidən Mustafayevlə əlaqə saxlayırıq. Məlum olur ki, lisenziyalaşdırma menecerinin işdən ayrılması gündəmdədir və buna görə də sualları cavablandıracaq məsul şəxs yoxdur. Xahiş edirik ki, telefonda dediyi bu sözləri klubun rəsmi cavabı kimi yazılı şəkildə bizə göndərsin. “Yaxşı, görüm neynirəm” – deyən Azad bəyə bu xahişimizi dekabrın 29-da yenidən xatırlatdıq. İsmarışımızı oxudu və saatyarımlıq növbəti susqunluğundan sonra ondan hər hansı cavab gözləməyin mənasız olduğuna qərar verdik – “artıq cavaba ehtiyac yoxdur, yazıda oxuyarsan, “təşəkkür”! – yazıb bəhsi qapatdıq. Ümid edirik, oxuyub, gələcək fəaliyyəti üçün nəticə çıxaracaq. Yoxsa mətbuatdan çıxmış birisinin mətbuata və işinə belə münasibəti ürək bulandırar…

“Kəpəz”in cavabsız qoyduğu suallarımızın bir qisminə, sağ olsun, Elçin bəy cavab göndərdi. Beləliklə, klub son 6 ildə həm əvvəlki adı olan “Gəncə”, həm də indiki – “Kəpəz” adı ilə lisenziyalaşdırma prosesində iştirak edib, iki dəfə müraciətlərinə rədd cavabı verilib.  Bu il isə kluba TPL-lə yanaşı, avrokuboklarda da iştirak lisenziyası verilib. Yeri gəlmişkən, Qərb təmsilçisinin işdən ayrılacağı (bəlkə də artıq ayrılıb) deyilən lisenziyalaşdırma üzrə meneceri Nofəl Əzizov olub. Onun xələfinin kim olacağına yaxın günlərdə aydınlıq gələcəyi deyilir.

Nəticə

Beləliklə, TPL iştirakçıları, eləcə də hazırda Birinci divizionda mübarizə aparan və həm TPL-ə yüksəlmək iddiası, həm də ölkə futbolunda yeri daha çox olan “Şəmkir” və “Turan-Tovuz” arasında keçirdiyimiz sorğudan, AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovdan aldığımız müsahibə Azərbaycan futbolunda klubların lisenziyalaşdırma prosesinə yanaşma tərzi və bu işin nə cür həyata keçirildiyi ilə bağlı ümumi mənzərəni ortaya çıxardı. Bəlli oldu ki, əvvəlki illərdən fərqli olaraq, indi bu sahədə vəziyyət müsbətə doğru dəyişməkdədir. Proses getdikcə təkmilləşdirilir və klubların üzərinə düşən məsuliyyət artır ki, bu da sözügedən sahədəki naşıların bir-bir “oyundan” çıxmasına gətirib çıxarır. Araşdırma nəticəsində bəlli oldu ki, lisenziyalaşdırma prosesində klubların qarşısında süni maneələr yaradılmır, əksinə, Lisenziyalaşdırma qrupu dövrün tələblərinə uyğun olaraq müəyyən güzəştlərə də gedir. Klubların bu prosesdə əsas problemi maliyyə ilə bağlı olur ki, bu da son anda bank zəmanətinin təqdim edilməməsi ilə nəticələnir. Sorğuda iştirak edən bir neçə lisenziyalaşdırma meneceri prosesi asanlaşdıracaq təkliflərlə çıxış etdi ki, ümid edirik, Lisenziyalaşdırma qrupu həmin təklifləri də mütləq nəzərdən keçirəcək. 

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

Son yazılar

To Top