“Qarabağ”ın potensial rəqibləri məlum oldu
02.08.2021 , 16:40

Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Bakı vaxtı ilə 16:00-da başlayan püşkatma mərasimində “Qarabağ”ın III təsnifat mərhələsində Kipr AEL-i ilə təşkil etdiyi cütün qalibinin də potensial rəqibləri müəyyənləşib.
“Qarabağ” mərhələni adlasa, pley-offda “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Konfrans Liqası
Pley-off mərhələsinin püşkü
ÇSKA (Sofiya, Bolqarıstan) – “Osiyek” (Xorvatiya)
“Pasuş de Fereyra” (Portuqaliya) – “Larn” (Şimali İrlandiya)
“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)
“Çukariçki” (Serbiya) – “Hammarbü” (İsveç)
