“Qarabağ”ın potensial rəqibində baş məşqçi dəyişikliyi
22.09.2020 , 11:44

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan “Legiya” baş məşqçisi Aleksandar Vukoviçlə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, Varşava klubunun rəhbərliyi həm ölkə çempionatındakı, həm də avrokuboklardakı uğursuz çıxışından sonra bu qərarı verib.
Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Legiya” 3-cü təsnifat mərhələsində “Drita”nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.
