Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.
Korner.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasə, “Qarabağ” – “Düdelanj” (Lüksümburq) cütünün rəqibi də müəyyənləşib.
Ağdam təmsilçisi “Düdelanj” (Lüksemburq) səddini keçəcəyi təqdirdə III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.
“Viktoriya” Plzen (Çexiya) – “Qarabağ” (Azərbaycan) / “Düdelanj” (Lüksemburq)
