“Qarabağ”ın potensial rəqibi məlum oldu
07.08.2023 , 18:57

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, “Qarabağ” – HJK (Finlandiya) cütünün qalibi növbəti mərhələdə Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq “Olimpiya” ( Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə üz-üzə gələcək.
“Qarabağ” – HJK cütünün məğlubu isə UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
#UEL #QarabağFK
