“Qarabağ”ın pley-offdakı rəqibləri müəyyənləşdi
18.09.2020 , 16:27

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, “Qarabağ”ın potensial rəqibləri müəyyənləşib.
Ağdam klubu “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” bir oyundan ibarət olacaq bu mərhələnin matçını səfərdə keçirəcək.
Avropa Liqasında pley-off oyunları oktyabrın 1-də keçiriləcək.
