“Qarabağ”ın pley-off oyunu canlı yayımda
20.08.2019 , 14:36

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” oyunu canlı yayımlanacaq.
Korner.az-ın Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, “Vindsor Park”da oynanılacaq ilk matç “CBC Sport” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, görüş avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
