“Qarabağ”ın oyununun yeri dəyişdirildi
01.12.2020 , 17:55

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.
Korner.az xəbər verir ki, Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən “Qarabağ” vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə 6 dekabr saat 14:00-da keçiriləcək səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.
“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
Dekabrın 7-da “Azərsun Arena”da keçirilək görüş saat 14:00-da başlayacaq.
