“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
09.05.2023 , 23:50

Azərbaycan birinci divizionunun 28-ci turunda keçiriləcək “Zirə-2” – “Qarabağ-2” matçının vaxtı dəyişdirilib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Dünən “Qarabağ-2” komandasının üzvü Şirxan Həsənzadənin vəfatı ilə əlaqədar olaraq matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 10 may Binə qəsəbə stadionunda yox, 13 may saat 20:00-da “Ask Arena” stadionunda keçiriləcəyi qeyd edilib.
