“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
30.12.2020 , 16:05

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış “Səbail” – “Qarabağ” oyunu ilə bağlı yekun qərar verilib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, qarşılaşmanın vaxtı dəyişdirilib. Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcək.
Peşəkar Futbol Liqası koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edib. Premyer Liqada XIV tur oyunları yanvarın 21-də keçiriləcək.
