“Qarabağ” klubunun Çexiyada “Slovan”la keçirəcəyi futbol üzrə Avropa Liqasında qrup mərhələsinin V tur matçı üçün hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına görə, noyabrın 24-də baş tutacaq qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Stefan Yohannesson olacaq.
Avropa Liqası, qrup mərhələsi, V tur
22:00. “Slovan” (Çexiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Stefan Yohannesson
Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum
Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson
Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San Marino)
UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)
– See more at: http://sportnet.az/futbol/25022-qarabagin-oyununda-isvechli-hakim.html#sthash.9NyrNhUG.dpuf