“Qarabağ”ın oyununa görə gücləndirilmiş iş rejimi
09.08.2023 , 14:16

Avqust ayının 10-da “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika stadionunda HİK-ə (Finlandiya) qarşı keçirəcəyi Avropa Liqası oyunu ilə əlaqədar “Gənclik” metro stansiyasının iş rejiminə dəyişiklik ediləcək.
Korner.az xəbər verir ki, həmin gün “Neftçi”nin “Neftçi Arena”da “Beşiktaş”a qarşı keçirəcəyi Konfrans Liqası matçına da maraq nəzərə alınaraq, “Xalqlar dostluğu” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək.
“Qarabağ”ın oyunu 20:00-da, “Neftçi”ninki isə 21:00-da başlayacaq.
