“Qarabağ”ın oyununa biletlər 2 manat
14.04.2022 , 18:07

Azərbaycan Premyer Liqasının XXIII turunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri oyun günü – aprelin 15-i satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
Biletlər “Azersun Arena”da satılacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
Sabah keçiriləcək matç saat 19:30-da start götürəcək.
