“Qarabağ”ın oyunun vaxtı dəyişdi
30.11.2018 , 11:18

Topaz Premyer Liqasının XIII turunda keçiriləcək “Qarabağ” – “Keşlə” oyunun günü dəyişdirilib.
Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi bazar günü deyil, bazar ertəsi reallaşacaq. Buna səbəb “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun milli komandanın baş məşqçisi kimi Avropa çempionatının püşkatma mərasimində iştirak etməsidir.
Görüşün başlanma saatı ilə bağlı dəqiq məlumat yoxdur.
