“Qarabağ”ın oyunu üçün xüsusi avtobuslar
16.07.2019 , 17:04

“Qarabağ” sabah 21:00-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Dalğa Arena”da “Partizani” klubunu qəbul edəcək.
Korner.az klubun saytına istinadən xəbər verir ki,azarkeşlərin stadiona rahat gedib-qayıtmağını təmin etmək üçün “Qarabağ”ın Bakı Nəqliyyat Agentliyinə müraciəti müsbət qarşılanıb.Azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb.
Sabah 18:30-19:45 arası “Koroğlu” metrostansiyasından “Dalğa Arena”ya avtobuslar hərəkət edəcək.
