“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?
31.07.2023 , 16:29

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununa bilet satışı davam edir.
Korner.az xəbər verir ki, oyun üçün artıq 22000 bilet satılıb.
Avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.
